Azərbaycan millisi Bakıda Fransaya məğlub olub
Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edib
Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində sonuncu oyununu keçirib.
D qrupunda mübarizə aparan komanda Bakıda Fransa yığması ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 4-cü dəqiqədə millimizin heyətində Renat Dadaşov açıb. Rəqibin heyətində Jan-Filipp Mateta və Akliuş fərqləniblər. Üçüncü qolda isə Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub.
Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edib.
Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsini 1 xalla 4-cü pillədə başa vurub. Xallarını 16-ya çatdıran Fransa millisi turnir cədvəlini birinci yerdə bitirib.
1 dəqiqədən az