XƏBƏRLƏR / İdman

Paris-2024: İdmançımızın iştirak edəcəyi yarış təxirə düşdü

Bu barədə Triatlon Beynəlxalq Federasiyası məlumat yayıb

Paris-2024: İdmançımızın iştirak edəcəyi yarış təxirə düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün baş tutmalı olan triatlon yarışı təxirə salınıb.

    Bu barədə beynəlxalq federasiyanın (World Triathlon) mətbuat xidməti məlumat yayıb.

    Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır.

    Azərbaycan təmsilçisi Rostislav Pevtsovun da mübarizə aparacağı yarışın iyulun 31-də gerçəkləşə biləcəyi vurğulanıb. Lakin qurum idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək bu hadisənin baş tutacağına zəmanət verməyib.

    Qeyd edək ki, çirklilik səviyyəsi yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışlar keçirilir. Paris-2024 avqustun 11-də başa çatacaq.