XƏBƏRLƏR / İdman

"Neftçi"nin sponsoru dəyişdi

Bu barədə klubun rəsmi saytı məlumat yayıb

"Neftçi"nin sponsoru dəyişdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Neftçi”nin titul sponsoru açıqlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, 2023-2024 mövsümündə paytaxt təmsilçisinin yeni sponsoru Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olacaq.

    Sözləşməyə görə, əsas və əvəzedici komandaların oyun, həmçinin, məşq formalarının ön hissəsində SOCAR-ın loqosu əks olunacaq.

    Qeyd olunub ki, “Neftçi”nin bundan əvvəlki Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə sponsorluq müqaviləsinin müddəti başa çatıb.