“Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq
UEFA-nın rəsmi saytı xəbər verir
UEFA Çempionlar Liqasının əsas mərhələsində bu həftə keçiriləcək ilk turun bütün oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.
UEFA-nın rəsmi saytı xəbər verir ki, bu qərar Nepalda daşqınlar nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.
Bundan başqa, komandalar meydana üzərində “Sən tək deyilsən, Nepal” şüarı yazılan pankartla çıxacaqlar.
UEFA-nın prezidenti Aleksander Çeferin bildirib ki, bütün Avropa futbol ailəsi Nepal xalqına dərin hüznlə başsağlığı vermək və dəstəyini bildirmək üçün birləşəcək.
"Bayquşlar" sabah saat 15:00-da çarter reysi ilə Mançesterə yola düşəcək.
9 sentyabrda, Bakı vaxtı ilə saat 22:30-da "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransı keçirəcək və yarım saat sonra komandanın son məşqi keçiriləcək.
Qeyd edək ki, “Mançester Yunayted” (İngiltərə)-“Sabah” oyunu da bu həftə keçiriləcək. Sentyabrın 10-da “Old Trafford” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
1 dəqiqə