XƏBƏRLƏR / İdman

"Qarabağ" klubu 502 klubdan 65-ci olub

Ağdammlılar dünya reytinqində daha 17 pillə irəliləyib

"Qarabağ" klubu 502 klubdan 65-ci olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" klubu dünya reytinqində daha 17 pillə irəliləyib.

    Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

    192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.

    "Sabah" 296-cı mövqedən 276-ya, "Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" 391-dən 390-a yüksəlib.

    Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.