XƏBƏRLƏR / İdman

Boksçumuz Avropa Oyunlarında gümüş medal qazanıb

Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında final döyüşünə çıxıb

Boksçumuz Avropa Oyunlarında gümüş medal qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında final döyüşünə çıxıb. +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı yarışın son görüşündə Delişes Ori (Böyük Britaniya) ilə qüvvəsini sınayıb.

    Ardıcıl olaraq Uğur Aydemir (Türkiyə), Nikoloz Beqadze (Gürcüstan), Stilianos Poulias (Yunanıstan) və Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Abdullayev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və boksçumuz yarışı ikinci yerdə bitirib.

    Beləliklə, boks üzrə Azərbaycan millisi iyunun 23-də start götürüb və 10 gün davam edən Avropa Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vurub. Abdullayevdən öncə Murad Allahverdiyev (80 kq) 3-cü yeri tutub. Hər iki boksçu, həmçinin “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

    Qeyd edək ki, Avropa Oyunlarının boks yarışlarında 42 ölkədən 325 idmançı 13 çəki dərəcəsində mübarizə aparıb.