Azərbaycandan Türkiyəyə Super Kubok təklifi
Məlumatı Türkiyənin "Fotospor" qəzeti yayıb
Azərbaycandan Super Kubok təklifi! “Gəlin Bakıda oynayaq, Atatürkə hörmət göstərək”
“Fənərbaxça” ilə “Qalatasaray” arasında oynanılması nəzərdə tutulan Superkubok finalı Səudiyyə Ərəbistanında Atatürkün həzmsizliyi səbəbindən ləğv olundu və komandalarımız vətənə döndü. Qardaş ölkəmiz Azərbaycandan mənalı dəvət gəldi.
Türk Futbol Federasiyayasının (TFF) nümayəndə heyəti ilə “Fənərbaxça” və “Qalatasaray” təmsilçilərinin Bakıya dəvət edildiyi təklif məktubunda Atatürk məsələsinə də toxunulub.
Tək Türkiyənin deyil, bütün türk dünyasının atası Atatürkə lazımi hörməti göstərmək üçün Azərbaycanın səfərbər olacağı da söz verildi.
TFF, “Fənərbaxça” və “Qalatasaray”ın Azərbaycandan gələn bu təklifə necə cavab verəcəyi yaxın günlərdə bəlli olacaq.
Bu arada Azərbaycan daha əvvəl TFF-yə dəvət məktubu göndərərək Fənərbaxça ilə Qalatasaray arasında keçiriləcək Superkubok finalına ev sahibliyi etmək istədiyini bildirmişdi.
Lakin iqtisadi şərtlər nəzərə alınaraq bu təklif rədd edildi.