XƏBƏRLƏR / İdman

Rusiya - Azərbaycan oyunlarının hakimləri bəlli olub

AFFA-nın məlumatı

Rusiya - Azərbaycan oyunlarının hakimləri bəlli olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Rusiya yığması ilə Soçidə keçirəcəyi yoldaşlıq görüşlərinin hakimləri müəyyənləşib.

    AFFA-dan verilən məlumata görə, hər iki oyunu Tacikistandan olan eyni hakimlər briqadası idarə edəcək. Baş hakim Nodira Mirzoeva olacaq. Ona Dilşoda Rahmonova və Farhod Kuralov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasiya Ponomaryova yerinə yetirəcək.

    Qeyd edək ki, ilk oyun noyabrın 28-də FİŞT Olimpiya Stadionunda, ikinci görüş isə dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.