"Qarabağ" Avropa Liqasının qrup mərhələsində
"Köhlən atlar" bu nəticə ilə Azərbaycan futbolu tarixində özünəməxsus rekordu yeniləyib
"Qarabağ" komandası səkkizinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Ağdam təmsilçisi cari mövsüm bu uğura turnirin pley-off mərhələsində Sloveniyanın "Olimpiya"sını iki oyunun nəticəsinə (səfərdə 2:0, evdə 1:1 hesablı qələbə) görə məğlub etməklə nail olub.
"Köhlən atlar" bu nəticə ilə Azərbaycan futbolu tarixində özünəməxsus rekordu yeniləyib.
Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020, 2020/2021 və 2022/2023-cü illər mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.