XƏBƏRLƏR / İdman

Rusiya idmançıları Azərbaycana MDB Oyunlarına gəlirlər

Bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev məlumat verib

Rusiya idmançıları Azərbaycana MDB Oyunlarına gəlirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya nümayəndə heyəti tezliklə MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər edəcək — Rusiyanın idman naziri Mixail Deqtyarev.


    "Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Bakıya, Azərbaycana səfər etməyə hazırlaşır. Azərbaycanın idman naziri cənab Qayıbov (Fuad Qayıbov - ANSPress) məni şəxsən dəvət etdi. Səfərimlə bağlı qərarımı ayrıca verəcəyəm", - Şərq İqtisadi Forumunun sessiyalarının birində çıxış edən Rusiyanın idman naziri Deqtyarev deyib.


    Üçüncü MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində keçiriləcək və iştirakçılar idmanın 23 növü üzrə mübarizə aparacaqlar.