XƏBƏRLƏR / İdman

Azərbaycan şahmatçılarının FIDE reytinqində yeni mövqeləri

FIDE-nin rəsmi saytı xəbər verir

Azərbaycan şahmatçılarının FIDE reytinqində yeni mövqeləri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Şahmat Federasiyasının (FIDE) aprel ayı üçün reytinq cədvəli açıqlanıb.

    FIDE-nin rəsmi saytı xəbər verir ki, reytinqdə Azərbaycan şahmatçıları arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. 40 yaşlı qrosmeyster 2715 xalla 27-ci sırada qərarlaşıb.

    Teymur Rəcəbov (2698) 37-ci, Aydın Süleymanlı (2653) 64-cü, Eltac Səfərli (2648) 67-ci, Rauf Məmmədov isə (2636) 87-cidir.

    Azərbaycanın qadın şahmatçılarından Ülviyyə Fətəliyeva (2431) 29-cu pilləyə yüksəlib. Günay Məmmədzadə (2374) 64-cü, Gövhər Beydullayeva (2358) 85-ci, Xanım Balacayeva (2350) isə 92-ci pillədə yer alıblar.

    Siyahıya əvvəlkitək norveçli şahmatçı Maqnus Karlsen (2840) başçılıq edir. ABŞ təmsilçilərindən Hikaru Nakamura (2810) 2-ci, Fabiano Karuana (2793) 3-cüdür.