XƏBƏRLƏR / İdman

Zelim Kotsoyev Avropa Çempionatında diskvalifikasiya edilib

Azərbaycan yığmas Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatını 4 medalla başa vurdu YENİLƏNİB

Zelim Kotsoyev Avropa Çempionatında diskvalifikasiya edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:30

    Zelim Kotsoyev diskvalifikasiya edilib. Bundan əvvəlki döyüşdə hakimlər Zelimə ədalətsiz şəkildə iki xəbərdarlıq (şido) vermişdi.

    Zelim Kotsoyev yarımfinalda Simeon Katarina (Niderland) ilə dueldə qadağan edilmiş fəndə görə birbaşa "hansoku-make" aldığı üçün bürünc medal görüşündən kənarlaşdırılıb.

    Azərbaycan yığması turniri 4 medalla başa vurdu.

    ***

    11:24

    Bu gün Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında son yarış günüdür.

    Cüdoçumuz Zelim Kotsoyev Avropa Çempionatının yarımfinalına yüksəlib. Onun rəqibi hollandiyalı Simeon Katarina olacaq.

    Yarımfinalda Zelim macarıstanlı Zsombor Veq üzərində erkən qələbə qazanıb. Həm bu, həm də əvvəlki döyüşdə hakimlərin Zelimə ədalətsiz şəkildə iki xəbərdarlıq (şido) verməsi narahatedicidir.

    Zelimin artıq Avropa Çempionatından beş medalı var: bir qızıl, bir gümüş və üç bürünc.

    Kənan Nəsibov (100 kq-dan yuxarı) və Mədinə Kaysinova (78 kq-dan yuxarı) artıq mübarizədən kənarlaşdırılıblar. Kənan 1/8 finalda Almaniya təmsilçisi Erik Abramova uduzub, Mədinə isə 1/8 finalda Rusiya təmsilçisi Elis Startsevaya məğlub olub.

    Xatırladaq ki, Azərbaycan cüdoçuları ilk üç gündə dörd medal qazanıblar. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tskayev (81 kq) bürünc medal qazanıblar.