İlham Əliyev Avropa çempionatının yayımı üçün pul ayırıb
Pul Avropa çempionatı-2024 yayım hüquqlarının İTV tərəfindən əldə edilməsi üçün ayrılır
Prezident İlham Əliyev Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) maliyyə dəstəyinin göstərilməsi haqqında sərəncam imzalayıb.
Belə ki, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə qarşıdan gələn Avropa çempionatının yayım hüquqlarının əldə edilməsi üçün İTV prezidentinin ehtiyat fondundan 940 500 manat ayrılıb.
Maliyyə Nazirliyinə müəyyən olunmuş məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.