XƏBƏRLƏR / İdman

Nazilə İsmayılova bu gün İrəvanda çıxış edir

Avropa çempionatının birinci gündə Azərbaycan yığmasının bir idmançısı mübarizəyə qoşulacaq

Nazilə İsmayılova bu gün İrəvanda çıxış edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Ermənistanın paytaxtı İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürəcək.

    Birinci gündə Azərbaycan yığmasının bir idmançısı mübarizəyə qoşulacaq.

    İlk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. O, 49 kq çəki dərəcəsində mübarizə aparacaq.

    Qeyd edək ki, Azərbaycan millisinin heyətində kişilərin yarışında İsa Rüstəmov (67 kq) aprelin 17-də, Ömər Cavadov (73 kq) 18-də, Əli Şükürlü (102 kq) isə 22-də yarışacaq. Qitə birinciliyinə ayın 23-də yekun vurulacaq.