Vacib oyundan öncə "Qarabağ"a yeni hücumçu gəlib
23 yaşlı hücumçu Kamilo Duranın Bakıya gəlməsini baş məşqçi Qurban Qurbanov təsdiqləyib

Azərbaycanın "Qarabağ" futbol klubu sıralarına yeni legioner qatıb.
Ağdamlılar kolumbiyalı vinger Kamilo Duranı heyətinə qatıb. 23 yaşlı hücumçu Portuqaliyanın "Portimonense" klubundan alınıb.
Macarıstanın "Ferentsvaroş" klubu ilə cavab oyunu ərəfəsində keçirilən ətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kamilio Duranın artıq Bakıda olmasını təsdiq edib.
Qeyd edək ki, "Qarabağ" - "Ferensvaros" matçı sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:45-də başlayacaq.