XƏBƏRLƏR / İdman

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

O? Türkiyənin “Adana Dəmirspor” komandasında idi

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.

    Türkiyə mətbuatı xəbər verir ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini birtərəfli olaraq pozub.

    Ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçən Ş.Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb. O, 5 görüşdə isə qapısını toxunulmaz saxlayıb.