Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
130 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda estoniyalı Heyki Nabi ilə qarşılaşıb. Rəqibinə sonuncu xal (1:1) prinsipinə əsasən qalib gələn S.Şəriəti 1/4 finala vəsiqə qazanıb.
Bu gün, həmçinin digər yunan-Roma güləşçimiz Murad Məmmədov (60 kiloqram) mübarizəyə qoşulacaq. Onun 1/8 finaldakı rəqibi ekvadorlu Rayber Joze Rodriges Orosko olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.