"Sabah" UEFA Konfrans Liqasının III-cü mərhələsinə yüksəldi
Oyunun taleyi penaltı seriasında müəyyən edildi
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb.
Bakıdakı “Bank Respublika Arena”da baş tutan məhsuldar görüş qonaq komandanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabər olub və qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.
Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.