XƏBƏRLƏR / İdman

“Qarabağ” Çempionlar Liqasında nə gədər pul qazanıb?

UEFA 2024/2025-ci illər mövsümü üzrə Çempionlar Liqasında klubların əldə etdiyi gəlirləri açıqlayıb

“Qarabağ” Çempionlar Liqasında nə gədər pul qazanıb?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının təsnifat oyunlarından əldə etdiyi gəlir açıqlanıb

    UEFA 2024/2025-ci illər mövsümü üzrə Çempionlar Liqasında klubların əldə etdiyi gəlirləri açıqlayıb.

    Qurumun rəsmi saytında xəbər verilir ki, turnirin pley-off mərhələsində mübarizəni dayandıran “Qarabağ”ın da qazancı bəlli olub. Hesabata əsasən, Azərbaycan təmsilçisi 4 milyon 290 min avro gəlir əldə edib.

    Bu məbləğ kluba təsnifat mərhələsində iştiraka və çıxışa görə verilib.