XƏBƏRLƏR / İdman

Nicat Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə gələcək

Nicat Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq

Nicat Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə gələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

    28 yaşlı qrossmeyster VIII turda rusiyalı Yan Nepomnyaşi (FIDE) ilə üz-üzə gələcək.

    Abasov qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

    Şahmatçılar arasında I tura təsadüf edən görüş heç-heçə yekunlaşıb - 0,5:0,5.

    Azərbaycan təmsilçisi hazırda 2 xalla sonuncu - səkkizincidir. 4,5 xala malik Nepomnyaşi isə vahid liderdir.

    Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.