Türkiyənin “Alanyaspor” klubu Toral Bayramovla maraqlanır
Bununla bağlı "Qarabağ"la danışıqlar aparılacaq
Türkiyədə "Qarabağ"ın və futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovla maraqlanırlar.
Türkiyənin “Alanyaspor” klubu azərbaycanlı futbolçunu komandaya dəvət etmək istəyir.
Bununla bağlı Qarabağla danışıqlar aparılacaq.
Bayramovun Ağdam klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir.