XƏBƏRLƏR / İdman

Paris-2024: Azərbaycan avarçəkəni medal şansını itirib

Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq

Paris-2024: Azərbaycan avarçəkəni medal şansını itirib
Diana Dımçenko
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

    O, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

    Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko altı idmançı arasında dördüncü yeri tutub.

    Bununla da olimpiyaçımız C/D yarımfinalına yüksəlib. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına vəsiqə qazanıb. Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq