XƏBƏRLƏR / İdman

Idmançımız Anna Skidan finala vəsiqə qazanıb

Azərbaycanlı çəkicatıcı Olimpiadanın təsnifat mərhələsində çıxış edib

Idmançımız Anna Skidan finala vəsiqə qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanlı çəkicatıcı Anna Skidan Parisdə keçirilən Olimpiadanın təsnifat mərhələsində çıxış edib.

    İlk cəhddə o, 69,58 metr, ikincidə 69,04-ə atıb. Annanın ən yaxşı cəhdi üçüncü cəhdi olub. O, 72,55 nəticə göstərərək finala vəsiqə qazanıb.

    Təsnifat yarışları davam edir, lakin Skidanın 32 iştirakçı arasında ən yaxşı 12 nəfər arasında olacağı artıq aydındır.