XƏBƏRLƏR / İdman

Paris-2024:Azərbaycan üzgüçüsü yarışı 35-ci yerdə başa vurub

Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib

Paris-2024:Azərbaycan üzgüçüsü yarışı 35-ci yerdə başa vurub
Məryəm Şeyxəlizadəxangah
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

    İdmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib.

    O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub.

    Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.