İrina Zaretska Azərbaycan karatesinin nüfuzunu xilas etdi
O, yaponiyalı Kama Tsubasa üzərində qələbə qazanaraq qızıl medal qazanıb FOTO
Mərakeşin Rabat şəhərində Karate Premyer Liqasının final turniri keçirilir.
Azərbaycan komandasının lideri, üçqat dünya çempionu İrina Zaretska bu gün finalda mübarizə aparıb.

O, həlledici görüşdə yaponiyalı Kama Tsubasa üzərində qələbə qazanaraq qızıl medal qazanıb.

Turnirdə əvvəllər son Avropa çempionu Mədinə Sadıxova (55 kq), Fərid Savadov (60 kq), Rəşid Süleymanov (75 kq), Turqut Həsənov (84 kq) və Vahid Həsənov (+84 kq) mübarizə aparıblar və hamısı medalsız qalıb.
1 dəqiqədən az