Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədələnib
Mahir DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə oyunlarda iştirak etməlidir

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli zədələnib.
28 yaşlı hücumçu bu səbəbdən komandasının 2-ci Bundesliqanın V turunda bu gün "Darmştadt"a qarşı keçirəcəyi oyunda meydana çıxa bilməyəcək. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsinin İslandiya (5 senyabr) və Ukrayna ilə (9 sentyabr) oyunları üçün Azərbaycan millisinin heyətinə cəlb olunub. Onun zədəsinə görə heyətdən çıxarılıb-çıxarılmayacağı hələ bilinmir.