XƏBƏRLƏR / İdman

Nihat Məmmədli Dünya Çempionatında gümüş medal qazandı

Dünya Güləş Çempionatı Qazaxıstanın Astana şəhərində davam edir

Nihat Məmmədli Dünya Çempionatında gümüş medal qazandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

    63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ermənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gəlib.

    Rəqibinə məğlub olan N.Məmmədli gümüş mükafatla kifayətlənib. Azərbaycan güləşçisi 2024-cü ildə Tiranada keçirilən dünya çempionatında qızıl mükafata sahib çıxıb.

    Bu gün digər yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.

    Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.