XƏBƏRLƏR / İdman

“Paris-2024”: Azərbaycan güləşçisi 5-ci yeri tutub

130 kiloqramda mübarizə aparan idmançı iranlı dünya çempionu Amin Mirzəzadə ilə qarşılaşıb

“Paris-2024”: Azərbaycan güləşçisi 5-ci yeri tutub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

    130 kiloqramda mübarizə aparan idmançı iranlı dünya çempionu Amin Mirzəzadə ilə qarşılaşıb.

    Görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.

    Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.