XƏBƏRLƏR / İdman

"Qarabağ" "Ludoqorets"ə məğlub olub

Hesab: 1:2

"Qarabağ" "Ludoqorets"ə məğlub olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.

    Ağdam klubu doğma azarkeşləri önündə “Ludoqorets”i qəbul edib.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 57-ci dəqiqədə açılıb. Cərimə zərbəsindən qapı önünə göndərilən asmaya Duarte dəqiq baş zərbəsi endirib: 0:1.

    Hesabda geri düşəndən sonra təzyiqi artıran "Qarabağ" çox keçmədən hesabı bərabərləşdirməyə müvəffəq olub. Juninyo 65-ci dəqiqədə topu tora qovuşdurub.

    Buna baxmayaraq Bolqarıstan təmsilçisi matçın 87-ci dəqiqəsində yenidən önə keçməyi bacarıb. Qurulan əks-hücum zamanı Vidalın baş zərbəsindən sonra Buntiç qapısında ikinci topu görüb.

    Matçın qalan vaxtında "Qarabağ" hesabı bərabərləşdirmək üçün böyük qüvvəylə irəli atılsa da, bu cəhdlər heç bir nəticə verməyib.

    Beləliklə, təmsilçimiz Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçını məğlub başa vurub: 1:2.

    Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 13-də Bolqarıstanda baş tutacaq.