XƏBƏRLƏR / İdman

Braziliyada matəm elan olunub

Braziliya Prezidenti bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb

Braziliyada matəm elan olunub
Mario Zaqallo
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Braziliya Prezidenti Luiz İnasio Lula da Silva futbolçu və məşqçi Mario Zaqallonun vəfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

    O, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

    Mario Zaqallo yanvarın 6-da 92 yaşında vəfat edib. O, braziliyalı yeganə şəxsdir ki, dörd dəfə Dünya Kubokunu qazanıb: iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970) və bir dəfə köməkçi məşqçi (1994) kimi.