XƏBƏRLƏR / İdman

"Qalatasaray"-"Fənərbaxça" matçı kütləvi dava ilə başa çatıb

"Qalatasaray" 2-1 hesabı ilə "Fənərbaxça"ya qalib gəlib

"Qalatasaray"-"Fənərbaxça" matçı kütləvi dava ilə başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qalatasaray"-"Fənərbaxça" matçı oyunçular arasında kütləvi dava ilə başa çatıb.

    İstanbulun "Qalatasaray" və "Fənərbaxça" komandaları arasında keçirilən Türkiyə Premyer Liqasının doqquzuncu tur matçından sonra oyunçular arasında kütləvi dava baş verib. RBC-nin məlumatına görə, polis münaqişəni yatırmaq üçün meydana daxil olub.

    Toqquşmadan sonra hakim Atilla Karaoğlan iki qırmızı və iki sarı vərəqə göstərib. Qırmızı vərəqələr "Qalatasaray"dan Əbdülkərim Bardakçıya və "Fənərbaxça"dan Arçi Brauna verilib.

    Oyun 26 oktyabrda İstanbuldakı RAMS Park stadionunda baş tutub və "Qalatasaray"ın 2-1 hesablı qələbəsi ilə başa çatıb.