XƏBƏRLƏR / İdman

“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq ölkələrin sayı

Azərbaycan Velosiped İdmanı Federasiyası bildirir

“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq ölkələrin sayı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb.

    Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, iştirakçılar sırasına Əlcəzairin “Madar Pro” kontinental komandası əlavə olunub.

    Bununla da turnirdə çıxış edəcək komandaların sayı 19 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 14 kontinental komanda və Azərbaycan yığması olmaqla 23-ə yüksəlib.

    Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.