XƏBƏRLƏR / İdman

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub

Ruzanna Məmmədova, Rəşid Babazadə və Maqomedxan Maqomedov uğursuz çıxış edib

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub.

    Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) uğursuz çıxış edib.

    R.Məmmədova 1/8 finalda Menqyu Xie (Çin) ilə dueldən məğlub ayrılıb. Rəqib növbəti raundda uduzduğu üçün Azərbaycan təmsilçisi medal qazanmaq şansını itirib.

    R.Babazadə 1/16 finalda Taiyrbek Zumaşbek Uuluya (Qırğızıstan) məğlub olub. M.Moqamedov isə 1/4 finalda Bəhreyn idmançısı Axmed Maqomed Tajudinova uduzub.

    Milli üzvləri rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici görüşə qatılacaqlar.

    Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.