XƏBƏRLƏR / İdman

Bakıda D-8 Gənclər Dialoqu keçiriləcək

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib

Bakıda D-8 Gənclər Dialoqu keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı ilk dəfə olaraq D-8 Gənclər Dialoquna ev sahibliyi edəcək. Tədbir D-8 üzv dövlətlərinin gənclər siyasətinə məsul qurumlarının rəhbərlərini, aparıcı gənclər təşkilatlarının nümayəndələrini, siyasətçiləri və sahə üzrə tanınmış beynəlxalq ekspertləri bir araya gətirəcək. Dialoq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Qlobal Şəhər Gündəliyinin Gələcəyini Formalaşdırır: Sabahın Dayanıqlı və İqlimədavamlı Şəhərləri”  mövzusu altında keçiriləcək.

    Tədbirin əsas məqsədi gənclər arasında regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və məşğulluq sahəsində gənclərin potensialının artırılması, eləcə də dayanıqlı, inklüziv və davamlı şəhər mühitinin qurulmasında gənclərin rolunun genişləndirilməsidir. 

    Forum çərçivəsində “İnsan kapitalının inkişafı və dayanıqlı şəhərsalma – Gənclər inkişafın aparıcı gücü kimi”, “Dayanıqlı şəhərsalma: Gənclər və şəhərlərin gələcəyi”, “Ağıllı və inklüziv şəhərlər üçün transformasiya” kimi mövzuların müzakirəsi nəzərdə tutulub. 

    Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 30-dan çox xarici nümayəndə, 10-a yaxın peşəkar çıxışçı olmaqla, ümumilikdə 100-dən çox qonaq iştirak edəcək.