XƏBƏRLƏR / İdman

Azərbaycan - Estoniya oyunu qolsuz heç-heçə ilə yekunlaşıb

C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayıb

Azərbaycan - Estoniya oyunu qolsuz heç-heçə ilə yekunlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Qəbələdə üz-üzə gələn Azərbaycan və Estoniya yığmaları arasında oyun başa çatıb.

    Qəbələ şəhər stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

    Bu nəticədən sonra qrupda ilk xalını qazanan Azərbaycan yığması sonuncu - 4-cü pillədə qərarlaşıb. Estoniya isə 4 xalla 3-cü sıradadır.

    Azərbaycan millisi qrupda son matçını noyabrın 19-da səfərdə İsveç seçməsinə qarşı keçirəcək.

    ***

    09:15

    Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Estoniyanı qəbul edəcək.

    C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayacaq.

    Matçı Şotlandiyadan olan FIFA referisi Con Biton idarə edəcək. Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

    Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

    UEFA Millətlər Liqası

    C Liqası, 1-ci qrup

    16 noyabr

    V tur

    18:00. Azərbaycan - Estoniya

    Baş hakim: Con Biton (Şotlandiya).

    Qəbələ şəhər stadionu.

    Qeyd edək ki, I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.