"Vikinq" - "Sabah" matçının hakimi müəyyənləşib
“Vikinq” - “Sabah” qarşılaşması oktyabrın 5-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun "Vikinq" - "Sabah" matçının hakim təyinatları müəyyənləşib.
Norveçdə baş tutacaq qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edəcək.
Ona həmyerliləri Rens Blumink və Stefan De Xrot kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Coey Koy yerinə yetirəcək.
Video köməkçi hakim Yeroen Mansxot, onun assistenti isə fransalı Jerom Brizar olacaq.
Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması oktyabrın 5-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
1 dəqiqədən az