Paris-2024: Azərbaycan medal sıralamasında 30-cu yerdədir
İlk "üçlük"də Çin ABŞ-ı ötüb YENİLƏNİB
17:24
Azərbaycanın "Paris-2024" Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yekun mövqeyi bəlli olub.
Olimpiadada 7 medal qazanan ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Özbəkistan (8 qızıl, 2 gümüş, 3 bürünc) 13-cü, İran (3 qızıl, 6 gümüş, 3 bürünc) 21-ci, Ukrayna (3 qızıl, 5 gümüş, 4 bürünc) 22-ci, Gürcüstan (3 qızıl, 1 gümüş, 1 bürünc) 24-cü, Qazaxıstan (1 qızıl, 3 gümüş, 3 bürünc) 43-cü, Pakistan (1 qızıl) 62-ci, Türkiyə (3 gümüş, 5 bürünc) 64-cü, Ermənistan (3 gümüş, 1 bürünc) 66-cı sıradadır.
İlk "üçlük"də Çin (40 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (39 qızıl, 44 gümüş, 42 bürünc) və Yaponiya (20 qızıl, 12 gümüş və 13 bürünc) yer alıblar.
Qeyd edək ki, Paris-2024 bu gün başa çatıb.
***
07:53
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 28-ci pillədə qərarlaşıb.
Hələlik komandanın aktivində iki qızıl, iki gümüş, iki bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş medal qazanıb.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medal qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) gümüş medal qazanıb.
Sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.
Özbəkistan (8 qızıl, 2 gümüş, 3 bürünc) 13-cü, Ukrayna (3 qızıl, 5 gümüş, 4 bürünc) 21-ci, İran (3 qızıl, 5 gümüş, 2 bürünc) 22-ci, Gürcüstan (3 qızıl, 2 gümüş, 1 bürünc) 24-cü, Qazaxıstan (1 qızıl, 3 gümüş, 3 bürünc) 41-ci, Pakistan (1 qızıl) 62-ci, Türkiyə (3 gümüş, 5 bürünc) 64-cü, Ermənistan (3 gümüş, 1 bürünc) 66-cı sıradadır.
İlk "üçlük"də Çin ABŞ-ı qabaqlayıb (39 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (38 qızıl, 42 gümüş, 42 bürünc) və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.
Qeyd edək ki, Paris-2024 bu gün başa çatacaq.
***
00:33
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 27-ci pillədə qərarlaşıb.
Hələlik komandanın aktivində iki qızıl, iki gümüş, iki bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş medal qazanıb.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medal qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) gümüş medal qazanıb.
Sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.
Özbəkistan (7 qızıl, 1 gümüş, 3 bürünc) 13-cü, Ukrayna (3 qızıl, 5 gümüş, 4 bürünc) 20-ci, İran (3 qızıl, 5 gümüş, 2 bürünc) 21-ci, Gürcüstan (2 qızıl, 2 gümüş, 1 bürünc) 28-ci, Qazaxıstan (1 qızıl, 3 gümüş, 3 bürünc) 41-ci, Pakistan (1 qızıl) 62-ci, Türkiyə (3 gümüş, 5 bürünc) 64-cü, Ermənistan (2 gümüş, 1 bürünc) 70-ci sıradadır.
İlk "üçlük"də Çin ABŞ-ı qabaqlayıb (38 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (37 qızıl, 42 gümüş, 42 bürünc) və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.