XƏBƏRLƏR / İdman

Cüdoçumuz dünya çempionatının gümüş medal qazandı

Bu dünya çempionatında Azərbaycan millisinin aktivində üç medal var YENİLƏNİB

Cüdoçumuz dünya çempionatının gümüş medal qazandı
Əjdər Bağırov (solda) və Kənan Nəsibov (sağda)
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:55

    Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

    Millinin üzvü +100 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsində yer alıb.

    K.Nəsibov qızıl medal uğrunda görüşdə Denis Batsayevə (AIN) məğlub olub.

    Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı üçüncü medaldır. Daha əvvəl Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) mundialda bürünc medal əldə ediblər.

    ***

    13:04

    Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

    100 kiloqramdan yuxarı çəkidə mübarizə aparan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Arsen Kadjayevə ipponla qalib gəlib. O, qızıl medal uğrunda qarşılaşmada Denis Batçayevlə (IJF) üz-üzə gələcək.

    100 kiloqram çəki dərəcəsində çıxış edən Əjdər Bağırov isə yarımfinalda özbəkistanlı Muhammadsodik Sodikova uduzub. O, bürünc medal görüşündə iranlı Ali Reza Niksereştlə qarşılaşacaq.

    Qeyd edək ki, hələlik bu dünya çempionatında Azərbaycan millisinin aktivində bir medal var. Ötən gün Süleyman Şükürov (81 kiloqram) 3-cü yeri tutub.