XƏBƏRLƏR / İdman

Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub

Bu barədə AFFA xəbər verib

Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub.

    AFFA-nın rəsmi saytı xəbər verir ki, 69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.

    Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.