“Qarabağ” azarkeşlərə müraciət edib
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu sabah saat 20:45-də başlayacaq

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın “Kopenhagen” komandasında qarşı keçiriləcək II tur oyunundan öncə azarkeşlərinə müraciət edib.
Klubdan verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçı izləmək üçün fanatların arenaya erkən gəlməsi ilə bağlı çağırış edilib.
Bildirilib ki, bu, onların stadiona rahat daxil olmağına, sıxlıqdan yayınmağına və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmağına imkan verəcək.
Həmçinin stadionun qapılarının qarşılaşmaya 2 saat qalmış açılacağı, oyun başlayandan 20 dəqiqə sonra arenaya girişin məhdudlaşdırılacağı vurğulanıb.