XƏBƏRLƏR / İdman

Arseni Cioyev Astanada keçirilən DÇ-da finalda

O, finalda Kayl Deyklə (ABŞ) üz-üzə gələcək

Arseni Cioyev Astanada keçirilən DÇ-da finalda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev finala vəsiqə qazanıb.

    86 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeyə 9:1 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.

    125 kiloqram çəki dərəcəsində mübarizə apartan Giorgi Meşvildişvili isə yarımfinalda rusiyalı Abdulla Kurbanova məğlub olub – 0:5. O, bürünc medal uğrunda güləşəcək.

    Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar, Nihat Məmmədli (63 kiloqram) isə gümüş mükafata sahib çıxıb.

    Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.