XƏBƏRLƏR / İdman

Bakı Olimpiya Stadionu UEFA ÇL üçün hazırdır

UEFA Çempionlar Liqası çərçivəsində dörd oyun Bakıda keçiriləcək

Bakı Olimpiya Stadionu UEFA ÇL üçün hazırdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Sabah” futbol klubu UEFA Çempionlar Liqasında ilk ev oyununu oktyabrın 13-də Çexiyanın “Slaviya Praqa” komandasına qarşı keçirəcək.

    Qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

    Çexiya klubundan sonra isə Bakıya “Borussiya Dortmund”, “Barselona” və “Napoli” kimi Avropa nəhəngləri səfər edəcəklər.

    Arenanın ot örtüyü təxminən 3 həftə ərzində tamamilə yenilənərək qarşıdakı oyunlar üçün hazır vəziyyətə gətirilib.