XƏBƏRLƏR / İdman

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında

Bratislavada güləş üzrə U-20 dünya çempionatı keçirilir

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.

    Yeddinci yarış günündə 70, 74, 97 və 125 kiloqramda yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

    Hacı Kərimov (70 kiloqram) debütdə hindistanlı Sumit Baraskara 5:1, daha sonra isə Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib. 1/4 finalda ermənistanlı Davit Davtyanı tam üstünlüklə (12:0) xalçadan məyus yola salan Kərimov yarımfinalda misirli Mohamed Ahmeddən güclü olub – 9:2. Hacı sabah finalda iranlı Sina Mehdi Xəliliylə qarşılaşacaq.

    İsmayıl Rəhimli (74 kiloqram) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olub.

    Fərhad Süleymanlı (97 kiloqram) macarıstanlı Robert Erdelyini (11:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə 8:19 hesabı ilə uduzub.

    Yusif Dursunov (125 kiloqram) yaponiyalı Hosey Fucitaya tam üstünlüklə (11:1), hindistanlı Ronak Ronaka isə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa 1:4 hesabıyla məğlub olan Yusif sabah bürünc medal uğrunda güləşəcək.