“Paris-2024”: Azərbaycan təmsilçisindən uğurlu start
Yaylagül Ramazanova mümkün 720 xaldan 647 xal toplayaraq 39-cu yeri tutub YENİLƏNİB
16:37
Azərbaycanı “Paris-2024” Yay Olimpiya Oyunlarında kamandan oxatma növündə təmsil edən Yaylagül Ramazanova mübarizəyə başlayıb.
Yarışa 30-cu cütdən başlayan xanım idmançı mümkün 720 xaldan 647 xal toplayaraq 39-cu yeri tutub. O, bununla da mövsümdə uğurlu nəticəsinə imza atıb.
Yaylagül Ramazanova 1/32 finalda çinli Quxuan Anla üz-üzə gələcək. Bu mərhələnin görüşləri iyulun 30-da reallaşacaq.
1/32 final görüşləri iyulun 30-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. “Paris-2024” isə avqustun 11-də başa çatacaq.
***
08:30
Azərbaycan komandası bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Olimpiadanın ikinci günündə baş tutacaq startda kamandan oxatma üzrə yığmanın üzvü Yaylagül Ramazanova qüvvəsini sınayacaq. O, sıralama turunda hədəfi dəqiq nişan almağa çalışacaq.
Qadınların yarışı Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.