XƏBƏRLƏR / İdman

Təbrizin “Traktor” futbol klubu çempion oldu

Çempionatın bitməsinə iki tur qalmış klub əlçatmaz oldu

Təbrizin “Traktor” futbol klubu çempion oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Təbrizin “Traktor” futbol klubu "Şəms Azər" komandasına 4:0 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə İranın yüksək futbol divizionunda qızıl medal qazanıb. Çempionatın bitməsinə iki tur qalmış komanda təqibçilərindən 7 xal fərqlə qabaqlayıb və bununla da əlçatmaz oldu. 

    Azərbaycan komandasını tarixi qələbə münasibətilə ürəkdən təbrik edirik!

    Arzu edənlər rəsmi Facebook səhifəsində təbriklərini yaza bilər.