
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılışacaq “Qarabağ” səfərə yollanıb.
Klubun rəsmi saytı xəbər verir ki, komanda bu gün Heydər Əliyev adına Hava Limanından matçın keçiriləcəyi Skopye şəhərinə yola düşüb.
Qeyd edək ki, “Şkendiya” - “Qarabağ” matçı avqustun 5-ində Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda reallaşacaq.