XƏBƏRLƏR / İdman

Azərbaycanın əməkdar məşqçisi Mirəli Seyidov vəfat edib FOTO

Bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib

Azərbaycanın əməkdar məşqçisi Mirəli Seyidov vəfat edib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda karate və döyüş sənətləri sahəsində tanınmış, əməkdar məşqçi və idman xadimi Mirəli Seyidov vəfat edib.

    Bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

    O, uzun sürən xərçəng və şəkərli diabet xəstəliyinin ardından 69 yaşında vəfat edib.

    Mirəli Seyidov karate üzrə 7-ci dan qara kəmər sahibi idi.

    Qeyd edək ki, dekabr ayında Seyidov Azərbaycan Prezidentinə açıq məktub yazaraq prezident təqaüdü istəmişdi, çünki 238,5 manatlıq təqaüdü yaşayış xərclərini və xərçəng müalicəsini ödəməyə kifayət etmirdi.