XƏBƏRLƏR / İdman

Azərbaycanın Paris-2024-dəki bayraqdarları məlum oldu

XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı təmsil edəcək

Azərbaycanın Paris-2024-dəki bayraqdarları məlum oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Paris-2024-dəki bayraqdarları məlum olub.

    Qadınlar arasında bu vəzifəni cüdo üzrə Azərbaycan millisinin üzvü Gültac Məmmədəliyeva, kişilər ardında boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

    Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.