XƏBƏRLƏR / İdman

Qurban Qurbanov "Qarabağ" futbol klubunu tərk edə bilər

Məşqçıyə Türkiyənin “Beşiktaş” klubunun gözü düşüb

Qurban Qurbanov "Qarabağ" futbol klubunu tərk edə bilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Qurban Qurbanov “Beşiktaş” üçün nəzərdə tutduğumuz namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır”.

    Bunu "Beşiktaş"ın  Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür “ARB 24” kanalına açıqlamasında deyib.

    O bildirib ki, hələ qəti qərar verilməsə də, Qurban Qurbanovun klubdakı namizədlər sırasında olması ilə bağlı xəbərlər doğrudur:

    “Bu gün üçün qətiləşmiş bir durum yoxdur. Çünki namizədlər çoxdur. “Beşiktaş” Fernando Santoşda axtardığını tapa bilmədi. Yeni mövsüm üçün baş məşqçimizin əcnəbi olacağı görünür. Lakin Sərgən Yalçın kimi ön planda olan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar”.

    Qurban Qurbanov xəbəri hələ ki şərh etməyib.