XƏBƏRLƏR / İdman

Bu gün “Qarabağ” “Sabah”a qarşı oynayacaq

Premyer Liqada 24-cü turun oyunları davam edir

Bu gün “Qarabağ” “Sabah”a qarşı oynayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Premyer Liqada 24-cü turun oyunları çərçivəsində bu gün gün əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edəcək.

    Günün ikinci matçında - turun mərkəzi qarşılaşmasında “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edəcək.

    Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. “Sabah” isə 32 xalla beşinci pillədə qərarlaşıb.

    Son iki turda qalib gələn Qurban Qurbanovun komandasından fərqli olaraq “Sabah” son 6 matçdan yalnız birində 3 xal qazanıb.

    Cari mövsüm bu komandaların qarşıdurmasında “Qarabağ” üstün tərəfdir. İlk dövrədəki matç Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 1:1.

    Premyer Liqa, XXIV tur

    22 fevral (şənbə)

    19:00. “Qarabağ” - “Sabah”
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
    VAR: Rəşad Əhmədov
    AVAR: Eyyub İbrahimov
    Tofiq Bəhramov adına Respublika Stadionu

    16:00. “Araz-Naxçıvan” - “Səbail”
    Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
    VAR: Nicat İsmayıllı
    AVAR: Cəmil Quliyev
    “Liv Bona Dea Arena”

    23 fevral (bazar)

    14:30. “Şamaxı” - “Turan Tovuz”

    17:00. “Zirə” - “Kəpəz”.